Azərbaycan millisinin heyəti açıqlanıb. Matc.az saytının məlumatına görə, yeni baş məşqçi Nikola Yurçeviçin etibar etdiyi siyahıda 23 oyunçu yer alır.

Xorvatiyalı mütəxəssis AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya, həmçinin yoldaşlıq görüşündə Litvaya qarşı görüşdə 3 qapıçı, 7 müdafiəçi, 10 yarımmüdafiəçi, 3 hücumçunun xidmətindən yararlanacaq. Komandamız martın 16-dan etibarən təlim-məşq toplanışına başlayacaq.

Qapıçılar: Səlahət Ağayev ("Neftçi"), Emil Balayev ("Tobol", Qazaxıstan), Şahruddin Məhəmmədəliyev ("Qarabağ")

Müdafiəçilər: Maksim Medvedev, Bədavi Hüseynov, Rahil Məmmədov (hamısı "Qarabağ"), ömər Buludov, Anton Krivotsyuk (hər ikisi "Neftçi"), Təmkin Xəlilzadə ("Sabah"), Şəhriyar Rəhimov ("Səbail")

Yarımmüdafiəçilər: Qara Qarayev, Riçard Almeyda, Mahir Mədətov, Araz Abdullayev (hamısı "Qarabağ"), Eddi İsrafilov ("Alkorkon", İspaniya), Emin Mahmudov, Namiq Ələsgərov (hər ikisi "Neftçi"), Əli Babayev, Aleksey İsayev (hər ikisi "Sumqayıt"), Dmitri Nazarov ("Aue", Almaniya)

Hücumçular: Ramil Şeydayev ("Krılya Sovetov", Rusiya), Rüfət Dadaşov ("Proysen", Almaniya), Mirabdulla Abbasov ("Neftçi")

Qeyd edək ki, martın 21-də "Maksimir" stadionunda Xorvatiyanın qonağı olacaq yığmamız bundan 4 gün sonra "Bakcell Arena"da Litvanı qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest