"Milan", "Vilyarreal" və "Kolo-Kolo"nun keçmiş futbolçusu Matias Fernandes karyerasını bitirib. Matc.az xəbər verir ki, Buenos-Ayresdə anadan olan 36 yaşlı çilili futboldan getdiyini açıqlayıb.
 
Matias 2006-cı ildə Cənubi Amerikanın ən yaxşı futbolçusu olub. Uzun müddət milli komandaya dəvət alıb və 73 oyun keçirib, 14 qola imza atıb.
 
Yarımmüdafiəçi 2021-ci ildən çilinin "Deportes La Serena" komandasında çıxış edirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest