İsveç yığmasının futbolçusu Yesper Karlsson AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə oyunda yaşanan bir hadisəni danışıb. Matc.az saytı xəbər verir ki, 5:0 hesabı ilə qalib gəldikləri görüşdə bir qolun müəllifi olan 25 yaşlı hücumçu komanda yoldaşı Deyan Kuluşevskinin ona dediklərini açıqlayıb.
 
Karlsson qarşılaşmanın 82-ci dəqiqəsində məhz Kuluşevskini əvəzləyib. O, dəyişiklik zamanı "Tottenhem"in oyunçusunun qulağına dediyi sözləri mətbuata bildirib: "Kuluşevski gülməli adamdı. Əvəzlənmə zamanı qulağıma dedi ki, iki qol vurmalısan. Əks təqirdə, hətta söyüş də söydü".
 
Kuluşevski də bununla bağlı fikirlərini bölüşüb: "Yesper dünyanın ən yaxşı zərbəsinə malikdir. Zərbə anında heç bir təzyiq hiss etmir. Ondan yaxşı zərbə vuran görməmişəm. Ona bu sözləri motivasiya vermək üçün dedim".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest