Portuqaliya yığmasının sabiq futbolçusu Koştinya özünə yeni sahədə sınayır. Matc.az saytı xəbər verir ki, U-21 millisində olarkən Kriştiano Ronaldo ilə eyni komandada çıxış edən Koştinya stüard kimi fəaliyyət göstərməyə başlayıb.
 
37 yaşlı sabiq oyunçu hələ 25 yaşında karyerasını bitirdiyini söyləyib. O, qərarını belə izah edib: "Aşağı liqalarda futbol çox çətindi, ona görə də problemlərim olurdu, daim zədələnirdim. Ən yüksək səviyyəyə çata bilməyəcəyimi başa düşdükdən sonra ayrılmaq qərarına gəldim".
 
Koştinya bildirib ki, yeni işində bir çox məşhur insanlarla yolları kəsişib. Onlardan biri də portuqaliyalı mütəxəssis Joze Mourinyo olub. Lakin Koştinya stüard geyimində olduğu üçün Mourinyo onu tanımayıb.
 
XƏYAL

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest