"Mançester Siti"nin hücumçusu Erlinq Haland İngiltərə Premyer Liqasının 29-cu turunda "Liverpul"la keçiriləcək prinsipial oyunu buraxa bilər. Matc.az saytı xəbər verir ki, buna səbəb ulduz futbolçunun qasıq nahiyəsindəki zədədi.
 
Doğrudu, Haland Norveç millisində oynamasına mane olan zədəsini artıq sağaldıb və Barselonadan Mançesterə qayıdıb. Lakin "şəhərlilər"in bugünkü məşqində iştirak etməyib. Bu üzdən Halandın "Liverpul"la aprelin 1-dəki qarşılaşmada iştirakı sual altına düşüb.
 
Qeyd edək ki, "Mançester Siti" hazırda Premyer Liqada 61 xalla ikinci pillədə qərarlaşıb. Lider "Arsenal"ın 69 xalı var. Haland isə bu mövsüm 26 çempionat oyununda 28 qol vurub, 5 assist edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest