Albaniyanın prezidenti İlir Meta ölkəmizdə rəsmi səfərdə olub. Prezidentin görüşdüyü şəxslər arasında "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli ilə "Qəbələ"nin yarımmüdafiəçisi Sabien Lilay da olub.

Albaniyanın prezidenti İlir Meta ölkəmizdə rəsmi səfərdə olub. Matc.az saytı xəbər verir ki, ölkə başçısı Topaz Premyer Liqasında çıxış edən həmyerliləri ilə görüşmək imkanı qazanıb.

Bu barədə 50 yaşlı rəhbər özü "tvitter" hesabından paylaşım edib. O, Bakıda olduğu müddətdə ölkəmizdə yaşayan albaniyalılarla görüşüb. Prezidentin görüşdüyü şəxslər arasında "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli ilə "Qəbələ"nin yarımmüdafiəçisi Sabien Lilay da olub.

İlir Meta bunu xüsusi vurğulayaraq, adıçəkilən oyunçuları ölkələrinin Azərbaycandakı ən yaxşı təmsilçiləri adlandırıb: "Azərbaycandakı ən yaxşı səfirlərimizdən ikisi, tanınmış futbolçularımız Ansi Aqolli və Sabien Lilayı Bakıda ziyarət etmək xüsusi bir zövq idi".

Qeyd edək ki, 2010-cu ildən "Qarabağ"ın formasını geyinən Aqolli bu ay ABŞ-a köçəcək. Lilay isə "Qəbələ"yə ötən ilin yayında keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest