Sadıqov heç-heçədə qapıçının xüsusi payı olduğunu qeyd edib: "Heç vaxt futbolçuları ayırmağı xoşlamıram, amma qapıçımız Kamran İbrahimovu xüsusi təbrik etmək istəyirəm. Bakıdakı uğursuz oyundan sonra bu gün tam əksinə, uğurlu oyun nümayiş etdirdi. Bir neçə epizodda önəmli qurtarışlar etdi".

"Oyunun gərgin keçəcəyini bilirdik. Rəqibin gücü, səviyyəsi bəllidi". Matçaz AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rəşad Sadıqov deyib.

36 yaşlı çalışdırıcı Avropa çempionatının seçmə mərhələsinin Norveçlə səfər matçı (1:1) barədə fikirlərini açıqlayıb: "Oyunun çox hissəsinə meydan sahibi nəzarət edirdi. Biz də komanda şəklində yaxşı müdafiə olunub rəqibi əks-hücumlarda yaxalamağa çalışırdıq. Futbolçularımı inandıqları və sonadək mübarizə apardıqları üçün təbrik edirəm. Oyun çətin keçsə də, təslim olmurdular. Bu, onların gələcəyi üçün çox önəmlidi".

Sadıqov heç-heçədə qapıçının xüsusi payı olduğunu qeyd edib: "Heç vaxt futbolçuları ayırmağı xoşlamıram, amma qapıçımız Kamran İbrahimovu xüsusi təbrik etmək istəyirəm. Bakıdakı uğursuz oyundan sonra bu gün tam əksinə, uğurlu oyun nümayiş etdirdi. Bir neçə epizodda önəmli qurtarışlar etdi".

Tsiklin son 5 matçında iş başında olan Rəşad seçmə mərhələnin finiş hissəsinə də toxunub: "Son dörd oyunda risk edərək 5-6 gənc oyunçunu meydana buraxdıq. Nəticəyə fikir vermədən daim onlara şans verdik. Bu qarşılaşmada da 5 gənc futbolçu oynamaq şansı qazandı. Növbəti seçmə mərhələyə hazırlıq baxımından addımlar atırdıq. Bununla paralel olaraq çalışırdıq ki, milliyə namizəd olan oyunçuları əsas heyətdə oynadaq. Bu barədə daim milli komandanın baş məşqçisi Qurban Qurbanovla müzakirə aparırıq. Son 5 oyunda bir çox oyunçu debüt etmək imkanı qazandı. Əlimizdən gələni edəcəyik ki, növbəti seçmə mərhələyə komandanı daha yaxşı hazırlayaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest