"Manşester Siti" yarımmüdafiəçisi Leroy Sane ilə yeni müqavilədə heç cür ortaq məxrəcə gələ bilmir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna futbolçunun anası Sane Regina Veber mane olur.

Məsələ burasındadı ki, ötənlərin məşhur gimnastı olan, 1984-cü ildə Olimpiadanın bürünc mükafatını qazanan Veber danışıqlarda özü iştirak edir. Oğlunun meneceri olub-olmadığı bilnməsə də, anası rəhbərliyin məhz özü ilə anlaşmasını tələb edir. Hətta son görüşdə Leroyun atası - keçmiş seneqallı futbolçu Süleyman Sane də iştirak edib. Lakin tərəflər növbəti dəfə razılaşa bilməyiblər.

Qeyd edək ki, 23 yaşlı Sanenin "Mançester Siti" ilə müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest