FİFA-nın ötən il Rusiyada keçirilən dünya çempionatındakı qazancı açıqlanıb. Ali futbol qurumunun gəliri xərcindən qat-qat çox olub. Belə ki, qurum mundiala 1 milyad 824 milyon dollar xərc çəkib. Əvəzində isə 5 milyard 357 milyon dollarlıq gəlir götürülüb.

FİFA-nın ötən il Rusiyada keçirilən dünya çempionatındakı qazancı açıqlanıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, ali futbol qurumunun gəliri xərcindən qat-qat çox olub.

Belə ki, qurum mundiala 1 milyad 824 milyon dollar xərc çəkib. Əvəzində isə 5 milyard 357 milyon dollarlıq gəlir götürülüb. Bu isə o deməkdi ki, FİFA-nın təmiz qazancı 3 milyard 533 milyon dollar təşkil edib.

Qeyd edək ki, ötən il iyunun 14-dən iyulun 15-dək keçirilən dünya çempionatının qalibi Fransa millisi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest