"Bizim üçün asan oyun olmadı. Ancaq düşünürəm ki, qələbəyə layiq idik. Birinci hissə komandam üçün çox çətin keçdi. Ancaq ikinci hissədə daha stabil oynadıq və topa daha çox sahib çıxdıq. "Anji" bizə təzyiq göstərirdi".

"Bizim üçün asan oyun olmadı. Ancaq düşünürəm ki, qələbəyə layiq idik". Matc.az saytının məlumatına görə, bunu "Krılya Sovetov"un baş məşqçisi Miodraq Bojoviç deyib.

Rusiya Premyer Liqasının XX turunda "Anji"nin qonağı olan Samara təmsilçisi səfərdən 2:0 hesablı qalibiyyətlə ayrılıb. Monteneqrolu çalışdırıcı çətin qələbə qazandıqlarını söyləyib: "Birinci hissə komandam üçün çox çətin keçdi. Ancaq ikinci hissədə daha stabil oynadıq və topa daha çox sahib çıxdıq. "Anji" bizə təzyiq göstərirdi. Rəqib bizim qapımız qarşısında pressinq edirdi ki, bu da topla rahat oynamağımıza mane olurdu".

Bojoviç əvvəlki iki turda olduğu kimi, "Anji" ilə qarşılaşmada da qol vuran Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevi də tərifləyib: "Şeydayevə əhsən! Son vaxtlar əla çıxış edir. Ramilə görə, çox şadam. Belə oynamaqda da davam etməlidi".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest