Martın 21-də Aç-2020-nin seçmə mərhələsi çərçivəsində Xorvatiya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının təlim-məşq toplanışı başlayıb. Matc.az xəbər verir ki, Milli Komandaların Məşq Mərkəzində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev, vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov Azərbaycan milli komandası ilə görüşüb. AFFA rəhbərliyi Aç-2020-in seçmə mərhələsi çərçivəsində martın 21-də Zaqreb şəhərində Xorvatiya yığması ilə qarşılaşacaq millimizə uğurlar arzulayıb, müvafiq tövsiyələrini verib. 

Qeyd edək ki, millimiz martın 19-dək AFFA Məşq Mərkəzində qalacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest