İspaniya Sequndasında XXX tur davam edir. Matc.az saytının məlumatına görə, milli komandamızın yarımmüdafiəçisi Eddi İsrafilovun çıxış etdiyi "Alkorkon" da növbəti oyununu keçirib.

Sözügedən komanda "Tenerife"ni qəbul edib. Görüşdə qalib müəyyənləşməyib. Komandalar hərəyə bir qol vuraraq bir xala razılaşıblar.

Qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayan Eddi 72-ci dəqiqədə meydana daxil olub. Ona "fərqlənmək" üçün 13 dəqiqə bəs edib. İsrafilov 85-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, 30 oyundan sonra aktivində 43 xal olan "Alkorkon" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest