Aç-2020-nin seçmə mərhələsinin ilk oyununda milli komandamızla qarşılaşacaq Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç komandaya yeni oyunçu dəvət edib.

Xorvatiyalı mütəxəssis daha əvvəl açıqladığı heyətdə ehtiyat oyunçular siyahısında yer alan Karlo Bartoletsi də komandada görmək istəyib. Buna səbəb rəqibimizin heyətində ardıcıl bir neçə futbolçunun zədələnməsidir.

Karyerasını Danimarkanın "Nordşelland" klubunda davam etdirən 23 yaşlı müdafiəçi Zaqreb "Lokomotiv"inin yetirməsidir.

O, millinin heyətində ötən il debüt etmək imkanı qazanıb və bir matçda forma geyinib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest