İspaniya La Liqasının XXVIII turunda "Betis" üzərində səfər qələbəsi qazanan (4:1) "Barselona" daha bir itki ilə üzləşib. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Usman Dembeledən sonra mərkəz hücumçusu Luis Suares də sıradan çıxıb.

Qarşılaşmanın sonlarına yaxın sağ ayağında ağrılar hiss edən Uruqvay millisinin üzvü 90-cı dəqiqədə Koutinyo ilə əvəzlənib. Ulduz futbolçu bu gün MRT-dən keçib. Topuğu burxulan Suares təxminən 10-15 gün komandasına kömək edə bilməyəcək. Bu isə o deməkdi ki, forvard yalnız aprelin əvvəllərində sıraya dönəcək. O, həmçinin Uruqvay yığmasının qarşıdakı oyunlar üçün heyətindən də çıxarılıb.

Qeyd edək ki, Luis Suares bu mövsüm La Liqada 18 qol, 6 assistə imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest