AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Xorvatiya - Azərbaycan görüşünün hakimi müəyyənləşib. Matc.az saytının məlumatına görə, qarşılaşma bolqarıstanlı briqadaya tapşırılıb.

Görüşü Georgi Kabakov idarə edəcək. Ona Martin Marqaritov və Divan Valkov kömək edəcəklər. Oyunun 4-cü hakimi funksiyasını Nikola Popov yerinə yetirəcək.

Rusiyalı Nikolay İvanov hakim-inspektor, çexiyalı Emil Ubias isə UEFA nümayəndəsi kimi Zaqrebə yollanacaq.

Qeyd edək ki, Xorvatiya - Azərbaycan matçı martın 21-də "Maksimir" stadionunda keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest