Topaz Premyer Liqasının XXI turunda "Sabah"la qarşılaşan "Sumqayıt" sabahdan etibarən məşqləri bərpa edəcək. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda Ayxan Abbasovun rəhbərliyi altında Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında hazırlıqlara start verəcək.

Milli komandalarımızın heyətində olan Əli Babayev, Süleyman Əhmədov, Baxşəli Baxşəliyev, həmçinin, zədəli olan Aleksey İsayev və Əmir Ağayev məşqlərdə iştirak edə bilməyəcək. Bundan başqa "Sumqayıt-2"-nin 5 futbolçusu – Elvin Nəsibov, Rüfət Abdullazadə, İbrahim Əliyev, Səbuhi Abdullazadə və Emin Zamanov əsas komandanın hazırlıq prosesinə cəlb edilib.

Qeyd edək ki, milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən "Sumqayıt" martın 25-də "Qəbələ" ilə yoxlama oyunu keçirəcək. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutacaq olan qarşılaşma saat 16:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest