"Real"ın müdafiəçisi Rafael Varan komandasını dəyişə bilər. Matc.az saytının "L'Equipe" nəşrinə istinadən məlumatına görə, Fransa millisinin üzvü gücünü fərqli çempionatda sınamaq fikrinə düşüb.

Bu üzdən futbolçu "Real"dan ayrılmaq istəyir. Hətta Zinəddin Zidanın baş məşqçi postuna dönməsi belə, 25 yaşlı oyunçunu fikrindən daşındırmır. Hazırda onun xidmətində ən çox maraqlı olan komanda "Mançester Yunayted"di. "Qırmızı şeytanlar" bu keçid müqabilində hətta astronomik məbləğ təklif etməyə də razıdı. Hazırda dünyanın ən bahalı müdafiəçisi "Sauthempton"dan "Liverpul"a 85 milyon avroya keçən Vircil van Diykdi. Varanın transferi reallaşsa, fransalı rekordu ələ keçirəcək.

Qeyd edək ki, Rafael Varan "Real"a 2011-ci ildə məhz Zinəddin Zidanın məsləhəti ilə transfer edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest