Azərbaycan millisinin yeni baş məşqçisi Nikola Yurçeviç özünə daha 2 xorvatiyalı köməkçi götürüb. Matc.az xəbər verir ki, bunlar Frano Leko ilə Armin Alibekoviçdi.

51 yaşlı Leko fitnes məşqçisi kimi çalışır. Onun son iş yeri BƏƏ-nin "Əl-Ayn" klubu olub. Alibekoviç isə skaut və video-analitik vəzifəsində fəaliyyət göstərir. O, əvvəllər BƏƏ-nin U-17 yığmasında, Polşa "Legiya"sında, eləcə də Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda işləyib.

Daha əvəl milliyə Mario Tokiç və Arif Əsədov köməkçi-köməkçi, Dmitri Kramarenko isə qapıçılarla iş üzrə məşqçi kimi cəlb olunub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest