Azərbaycan millisinin bu ay keçiriləcək 2 oyununa çağırılan futbolçuların yığmadakı göstəriciləri müəyyənləşəcək. Matc.az saytı xəbər verir ki, AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya ilə rəsmi, Litva ilə yoldaşlıq görüşü 7 futbolçu üçün əlamətdar ola bilər.

Bu "yeddilik"dən beşi millidəki debüt anını gözləyir. Əvvəllər də yığmaya çağırılan Anton Krivotsyuk, Şahrudin Məhəmmədəliyev və Emil Balayev hələ "siftə" edə bilməyiblər. Əli Babayevlə ömər Buludov isə ilk dəfə dəvət alıblar və meydana çıxsalar, milli tarixinin futbolçuları siyahısına düşəcəklər.

Kamran Ağayevin yoxluğunda indiki heyətdə rekordçu Maksim Medvedevdi. O, millidə 54 matç keçirib. 2-ci sırada olan Qara Qarayev isə 50-ci – yubiley qarşılaşmasını Litvaya qarşı keçirə bilər. Bunun üçün yarımmüdafiəçi hər iki görüşdə şans qazanmalıdı.

İki ilə yaxın fasilədən sonra yığmaya dəvət alan Eddi İsrafilov isə qarşıdakı hər iki matçda iştirak etsə, Litva önündə 10-cu dəfə milli formanı geyinəcək.

Qeyd edək ki, sabah "Maksimir" stadionunda Xorvatiyanın qonağı olacaq yığmamız martın 25-də "Bakcell Arena"da Litvanı qəbul edəcək.

 

Futbolçu

Oyun

Qol

Maksim Medvedev

54

3

Qara Qarayev

48

0

Bədavi Hüseynov

41

0

Dmitri Nazarov

37

8

Araz Abdullayev

31

3

Rüfət Dadaşov

20

4

Ramil Şeydayev

16

1

Namiq Ələsgərov

15

0

Riçard Almeyda

14

3

Səlahət Ağayev

14

-12

Mahir Mədətov

13

2

Təmkin Xəlilzadə

10

1

Emin Mahmudov

9

1

Eddi İsrafilov

8

0

Rahil Məmmədov

7

0

Mirabdulla Abbasov

2

0

Şəhriyar Rəhimov

1

0

Anton Krivotsyuk

0

0

Əli Babayev

0

0

Emil Balayev

0

0

ömər Buludov

0

0

Şahrudin Məhəmmədliyev

0

0

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest