Madrid "Atletiko"sunun yarımmüdafiəçisi Saul Niqes böyük ehtimalla yayda karyerasını  İngiltərədə davam etdirəcək. Matc.az ESPN-ə istinadən xəbər verir ki, futbolçu "Mançester Siti" ilə anlaşmaq üzrədi.  Saulla "Barselona" da maraqlansa da, o, seçimi ingilislərə verib.

"Atletiko"nun yetirməsi olan futbolçunun klubla 2026-cı ilədək müqaviləsi var. Növbəti "transfer pəncərə"si dönəmində onun 80 milyon avro qarşılığında Mançesterə keçəcəyi qeyd olunur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest