Azərbaycanla Litva arasında keçiriləcək yoldaşlıq görüşünə təyinat alan Feşnik Horatiu komandalarımız üçün tanış simadı. Matc.az saytının məlumatına görə, gənc referi ikinci dəfə ölkəmizə səfər edəcək.

30 yaşlı hakim 2017-ci ilin sentyabrında da Bakıda iş başında olub. Həmin vaxt o, "Qarabağ"ın U-19 komandasının UEFA Gənclər Liqasının qrup mərhələsində "Roma" ilə oyununda fit çalıb. İtalyanların 3:0 hesabı ilə qalib gəldiyi həmin görüşdə referi hər komandanın bir üzvünə sarı vərəqə göstərib.

2017-ci ildən FİFA referisi statusunu daşıyan Feşnik Horatiu indiyə qədər beynəlxalq arenada 17 görüş idarə edib. Bu oyunlarda ümumilikdə 76 sarı, 7 qırmızı vərəqəyə əl atan rumıniyalı 6 dəfə də penalti nöqtəsini göstərib.

Martın 25-də "Bakcell Arena"da baş tutacaq Azərbaycan - Litva qarşılaşması Horatiunun 2019-cu ildə ilk beynəlxalq oyunu olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest