Xorvatiyalı mütəxəssis sabah meydana buraxacağı start heyəti üçün 14 oyunçu arasında seçim aparacağını bildirib. Yurçeviç siyahısında adları olan həmin 14 futbolçunun adını da çəkib.

AVRO-2020-nin seçmə qrup mərhələsi çərçivəsində sabah ilk oyununu Xorvatiyaya qarşı keçirəcək Azərbaycan millisinin təxmini heyəti bəllidi. Matc.az saytı xəbər verir ki, bunu yığmamızın baş məşqçisi Nikola Yurçeviç qarşılaşma öncəsi təşkil edilən mətbuat konfransında bildirib.

Xorvatiyalı mütəxəssis sabah meydana buraxacağı start heyəti üçün 14 oyunçu arasında seçim aparacağını bildirib. Yurçeviç siyahısında adları olan həmin 14 futbolçunun adını da çəkib. O, Səlahət Ağayev, Maksim Medvedev, Bədavi Hüseynov, Şəhriyar Rəhimov, Təmkin Xəlilzadə, Riçard Almeyda, Rahil Məmmədov, Qara Qarayev, Dmitri Nazarov, Mahir Mədətov, Eddi İsrafilov, Araz Abdullayev, Ramil Şeydayev və Namiq Ələsgərovdan 3-nü ixtisara salmaqla start heyəti müəyyənləşdirəcəyini deyib.

Qeyd edək ki, sabah Zaqrebdəki "Maksimir" stadionunda keçiriləcək Xorvatiya - Azərbaycan oyunu Bakı vaxtı ilə 23:45-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest