Aç-2020-nin seçmə mərhələsi çərçivəsində Xorvatiya ilə qarşılaşacaq milli komandamızın start heyəti bəlli olub. Matc.az saytının məlumatına görə, yığmamız matça 4-2-3-1 taktiki sxemi ilə çıxacaq.

Qapı gözlənildiyi kimi "Neftçi"nin "çərçivə qoruyucusu" Səlahət Ağayevə tapşırılacaq.

Baş məşqçi Nikola Yurçeviç komandasını həmyerliləri qarşısında 4-lü müdafiə xətti ilə oynadacaq. Sol cinahda "Səbail"li Şəhriyar Rəhimov mübarizə aparacaq. Müdafiənin digər bölgələri isə "Qarabağ"lılara əmanət edilib. Mərkəzdə Rahil Məmmədovla Bədavi Hüseynov, sağ cinahda isə Maksim Medvedev oynayacaq.

Onların önündə Qara Qarayevlə Eddi İsrafilov rəqib hücumlarının dağıdılmasına cavabdeh olacaqlar. Riçard Almeyda isə həm müdafiəyə kömək, həm də komandamızın hücum qurmaq işlərindən məsul olacaq.

Cinahlardan hücumları gücləndirmək vəzifəsi Dmitri Nazarovla (sol) Mahir Mədətova (sağ) tapşırılıb.

Komandamızın əsas qol ümidi isə son günlər əla formada olan Ramil Şeydayevdir. 

Qapıçı: Səlahət Ağayev

Müdafiəçilər: Şəhriyar Rəhimov, Bədavi Hüseynov, Rahil Məmmədov, Maksim Medvedev

Yarımmüdafiəçilər: Eddi İsrafilov, Qara Qarayev, Riçard Almeyda, Dmitri Nazarov, Mahir Mədətov

Hücumçu: Ramil Şeydayev

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest