AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində ilk turun daha 7 oyunu keçirilib. Matc.az saytının məlumatına görə, A, B və H qruplarında da mübarizəyə start verilib.
A qrupunda Bolqarıstanla Monteneqro qollu bərabərə qalıb. Digər görüşdə İngiltərə çexiyanı darmadağın edib.
B qrupunda Portuqaliya və Ukrayna arasındakı görüşdə qolsuz bərabərlik qeydə alınıb.
Qonşu Türkiyə yığması H qrupunda birinci oyununa çıxıb. Şenol Günəşin baş məşqçi postuna qayıdışından sonra ilk matçını keçirəcək "ay-ulduzlular" Albaniyanı səfərdə məğlubiyyətə uğradıb.
Qrupun favoriti olan son dünya çempionu Fransa isə Moldovada ev sahiblərinə asanlıqla qalib gəlib.
AVRO-2020-nin seçmə mərhələsi
22 mart
A qrupu
Bolqarıstan – Monteneqro - 1:1
Nedelev, 82 (pen.) - Muqoşa, 50
İngiltərə - çexiya - 5:0
Sterlinq, 24, 62, 68; Harri Keyn, 45+2 (pen.); Kalaş, 84 (avtoqol)
B qrupu
Lüksemburq – Litva - 2:1
Barreyro, 45; Rodriges, 55 - çernıx, 14
Portuqaliya – Ukrayna - 0:0
H qrupu
Albaniya – Türkiyə - 0:2
Burak Yılmaz, 21; Hakan çalhanoğlu, 55
Andorra – İslandiya - 0:2
Byarnason, 22; Kyartansson, 80
Moldova – Fransa - 1:4
Ambros, 89 - Qrizmann, 24; Varan, 27; Jiru, 36; Mbappe, 87