"Bolonya" "Hoffenhaym"dan icarəyə götürdüyü müdafiəçi Stefan Poşun transfer hüquqlarını alıb.
 
Matc.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.
 
Avstriya milli komandasının üzvü üçün Almaniya klubuna 5 milyon avro ödənilib.
 
26 yaşlı olan sağ cinah müdafiəçisi 2022-ci ilin yayından icarədə oynadığı "Bolonya"da 30 oyuna çıxıb, 6 qol da vurub. O, Avstriya millisində də 22 oyuna 1 qol vurub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest