UEFA azərbaycanlı FİFA hakimi Əliyar Ağayev növbəti təyinat göndərib. Matc.az xəbər verir ki, həmyerlimiz bu dəfə Polşaya yollanacaq. O, martın 24-də Varşavada "Narodovy" stadionunda meydan sahiblərinin Latviya ilə qarşılaşmasını idarə edəcək. Onun köməkçiləri Rza Məmmədov və Namiq Hüseynov olacaq. Dördüncü hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest