1-ci qrupda yer alan Azərbaycan millisi növbəti sınağına çıxacaq. Oyunları Rusiyada baş tutan qrupdakı ikinci rəqib İrlandiyadı. Vüqar Məmmədin yetirmələri ilk görüşdə ev sahibləri ilə qolsuz bərabərə qalmışdısa, irlandlar Rumıniya üzərində 5:0 hesablı qələbəyə sevinmişdi.

19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin elit-raundunda mübarizə davam edir. Matc.az saytının məlumatına görə, bu gün qruplarda II turun oyunları keçiriləcək.

1-ci qrupda yer alan Azərbaycan millisi növbəti sınağına çıxıb. Oyunları Rusiyada baş tutan qrupdakı ikinci rəqib İrlandiyadı. Vüqar Məmmədin yetirmələri ilk görüşdə ev sahibləri ilə qolsuz bərabərə qalmışdısa, irlandlar Rumıniya üzərində 5:0 hesablı qələbəyə sevinmişdi.

Millimiz ikinci görüşündə məğlubiyyətlə üzləşib. Komandamız 1:3 hesabına üzülüb. Millimizin heyətində Cəfərquliyev 59-cu dəqiqədə qırmızı vərəqə ilə meydandan qovulubsa, Turan Vəlizadə 73-cü dəqiqədə penaltidən yararlana bilməyib. Qapıçının qaytardığı topu Kamran Quliyev təkrar zərbə ilə qola çevirib. 

Qeyd edək ki, millimiz qrupda son oyununu martın 26-da Rumıniyaya qarşı keçirəcək.

 

Aç-2019-un seçmə mərhələsinin elit-raundu

I qrup, II tur

İrlandiya - Azərbaycan - 3:1

Qollar: Rayt, 41, Nayt, 63, Afolabi, 85 - Kamran Quliyev, 73

Qırmızı vərəqə: Cəfərquliyev, 59

İrlandiya: 1. Brayan Mayer, 2. Endryu Lions, 3. Kameron Ledvic, 4. Cek Ceyms, 5. Oysin Makenti, 8. Ceyson Nayt, 9. Conatan Afolabi, 10. Villiam Smolbon, 11. Villiam Ferri, 14. Luka Konell, 17. Tireyk Rayt

Azərbaycan: 1. Nicat Mehbalıyev, 4. İbrahim Hüseynov, 5. Rauf Hüseynli, 7. Turan Vəlizadə, 8. Şakir Seyidov, 10. Kamran Quliyev, 15. Vüsal Məsimov, 18. Emil Qasımov, 19. Tural Bayramov, 20. Serhat Taşdemir, 24. Elnur İbrahimov

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest