"Qarabağ"ın qapıçısı Hannes Halldorsson İslandiya millisinin heyətində növbəti oyununu keçirib. Matc.az saytının məlumatına görə, islandlar AVRO-2020-nin seçmə qrup mərhələsi çərçivəsində ilk oyununu Andorraya qarşı keçirib.

Andorra la Valledə baş tutan görüşdə qapını məhz veteran qolkiper qoruyub. Oyun isə onun komandasının qələbəsi ilə nəticələnib.

İslandların rəqib qapısından 2 top keçirdiyi matçda Halldorsson qapısını toxunulmaz saxlamağı bacarıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest