Görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb. "Səbail"in heyətində 13-cü dəqiqədə Ruslan Qurbanov fərqlənib. Milli komandanın qolunu isə 20-ci dəqiqədə Fərid Nəbiyev vurub.

Milli komandaların Aç-2020 seçmə mərhələsi çərçivəsində oyunları ilə əlaqdar Topaz Premyer Liqasında verilən fasilədən yararlanan klublar yoldaşlıq oyunları keçirirlər. Matc.az saytının məlumatına görə, belə oyunların birində "Səbail"lə U-21 millisi qarşılaşıb.

Görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb. "Səbail"in heyətində 13-cü dəqiqədə Ruslan Qurbanov fərqlənib. Milli komandanın qolunu isə 20-ci dəqiqədə Fərid Nəbiyev vurub.

Qeyd edək ki, bu oyun həm də "Səbail"in dünya şöhrətli yeni transferi Maykl Essyenin debütü ilə əlamətdar olub. O, qarşılaşmanın gedişində Rahid Əmirquliyevi əvəzləyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest