"Belə karikatura mənə və heç kimə pis təsir etməz. Kiminsə barəsində heç nə yazılmırsa və ya çəkilmirsə, bunun üçün çox pis oynamaq lazımdı. Mən buna normal yanaşıram"

"Litva yaxşı komandadı. Ancaq düşünürəm ki, favorit bizik. Bütün fikirlərimiz də qələbəyə yönəlib". Matc.az saytı xəbər verir ki, bu sözlər Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevə məxsusdu.
 
Sabah "Bakcell Arena"da Litva ilə keçiriləcək yoldaşlıq görüşü öncəsi təşkil edilən mətbuat konfransına qatılan hücumçu fikirlərini bölüşüb. O, bildirb ki, sabah təkcə yaxşı oyun yox, qələbə də vacibdi: "Qalibiyyət Slovakiya və Macarıstanla oyunlar öncəsi yüksək motivasiya yaradar. Baş məşqçi də fikirlərində bizə bunu bildirib".
 
Şeydayev məşhur karikaturaçı Oman Mamoninin onun Xorvatiya ilə matçda vurduğu qol epizodu ilə bağlı hazırladığı karikatiraya münasibətini də bildirib: "Belə karikatura mənə və heç kimə pis təsir etməz. Kiminsə barəsində heç nə yazılmırsa və ya çəkilmirsə, bunun üçün çox pis oynamaq lazımdı. Mən buna normal yanaşıram".
 
Forvard "Krılya Sovetov"la müqavilə müddətinin birillik olduğunu və bundan sonra nə edəcəyi ilə bağlı hələ düşünmədiyini söyləyib: "İndidən bu suala cavab vermək çətindi. Qarşıda Rusiya çempionatında 10 oyun var. Yenə qollar vura bilərəm və ya proseslər başqa cür davam edə bilər. Hələlik milli komanda barədə düşünürəm. Qayıtdıqdan sonra klubdakı çıxışıma köklənəcəm"
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest