Bildirilib ki, mövsümün ən yaxşı qolu A seriyasının 26-cı turunun Neapolda "Atalanta" ilə keçirilən görüşündə (2:0) Kvaratsxeliyanın dəqiq zərbəsi seçilib. Cərimə meydançası kənarında komanda yoldaşı Viktor Osimxendən ötürmə alan gürcü forvard bir neçə driblinq edərək, toru silkələyib.

"Napoli"nin gürcüstanlı hücumçusu Xviça Kvaratsxeliya İtaliya A seriyasının 2022-23 mövsümünün ən yaxşı qolunun müəllifi olub. Matc.az xəbər verir ki, bu barədə İtaliya çempionatının mətbuat xidməti məlumat yayıb.
 
Bildirilib ki, mövsümün ən yaxşı qolu A seriyasının 26-cı turunun Neapolda "Atalanta" ilə keçirilən görüşündə (2:0) Kvaratsxeliyanın dəqiq zərbəsi seçilib. Cərimə meydançası kənarında komanda yoldaşı Viktor Osimxendən ötürmə alan gürcü forvard bir neçə driblinq edərək, toru silkələyib.
 
Qeyd edək ki, 22 yaşlı Kvaratsxeliya "Napoli"dəki ilk mövsümündə İtaliya çempionu və ilin ən yaxşı oyunçusu olub. O, ötən mövsüm 34 oyunda 12 qol vurub, 13 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest