Bakıda təlim-məşq toplanışında olan 2001-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyununu keçirib. Matc.az xəbər verir ki, rəqib Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) müvafiq yaş qrupundan ibarət komandası olub.

"Dalğa Arena"da baş tutan qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu komandalar arasında martın 22-də keçirilən ilk oyun 1:1 hesabı ilə nəticələnmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest