Aç-2020-nin seçmə mərhələsində Lixtenşteynlə qarşılaşan İtaliyanın hücumçusu Fabio Kvalyarella tarixə düşüb. Matc.az saytının məlumatına görə, "Sampdoriya"nın forvardı buna qarşılaşmada 3 və 4-cü qolların müəllifi kimi nail olub.

2010-cu ildən sonra ilk dəfə yığma həyəcanını yaşayan hücumçu 35 və 45-ci dəqiqədə penaltidən rəqib qapısına yol taparaq, 36 yaş 54 günlüyündə qol vurub və bununla da "Skuadra Adzurra" tarixinin ən yaşlı qolçusuna çevrilib.

Qeyd edək ki, İtaliya - Lixtenşteyn oyununun ilk hissəsi birincilərin 4:0 hesablı üstünlüyü ilə yekunlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest