Uels yığmasının sabiq hücumçusu Kreyq Bellami xoşagəlməz hadisə ilə üzləşib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 39 yaşlı keçmiş futbolçu içkili halda avtomobil idarə etdiyi üçün polis tərəfindən saxlanılıb.

Hadisə martın 9-da Kardiff şəhərində baş verib. Yoxlama zamanı Bellaminin icazə verilən miqdardan ikiqat artıq spirtli içki qəbul etdiyi müəyyənləşib. Bununla bağlı məhkəmə qarşısına çıxan Kreyq günahını boynuna alıb. Bu etirafa baxmayaraq, məhkəmə onun sürücülük vəsiqəsini əlindən alıb. Qərara əsasən, sabiq forvard il yarım müddətdə avtomobil idarə edə bilməyəcək və 650 avro məbləğində cərimə ödəyəcək.

Qeyd edək ki, 2014-cü ildə karyerasını bitirən Kreyq Bellami "Liverpul"dakı çıxışı ilə daha çox tanınır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest