"Avropa çempionatının seçmə mərhələsində Belçikaya məğlubiyyətdən sonra Qazaxıstan üzərində qələbə qazandıq. Ancaq yığmanın heyətinə baxdıqda braziliyalı qapıçı, qırğızıstanlı müdafiəçi görərik. Legioner limiti Rusiya futbolunun ən mübahisəli mövzusudu".

Son vaxtlar Rusiya yığmasında milliləşdirilən oyunçuların sayının artması ölkədə müzakirə mövzusuna çevrilib. Matc.az saytı xəbər verir ki, yerli KİV bunu Premyer Liqada tətbiq edilən legioner limiti ilə əlaqələndirib.

Həmçinin həmkarlarımız Rusiya futbolunda yetişməsinə baxmayaraq, əldən çıxan oyunçuları da unutmayıblar. Həmin futbolçular arasında Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin də adına rast gəlmək olar: "Avropa çempionatının seçmə mərhələsində Belçikaya məğlubiyyətdən sonra Qazaxıstan üzərində qələbə qazandıq. Ancaq yığmanın heyətinə baxdıqda braziliyalı qapıçı, qırğızıstanlı müdafiəçi görərik. Legioner limiti Rusiya futbolunun ən mübahisəli mövzusudu. Bu azmış kimi, Rusiyada böyüyüb boya-başa çatan bəzi oyunçular çempionatda əcnəbi sayılır. Roman Yeremenko, Brayan İdovu və Ramil Şeydayev kimi ruslar hazırda Premyer Liqada əcnəbi statusunda çıxış edirlər".

Qeyd edək ki, "Zenit"in yetirməsi olan Ramil Şeydayev hazırda "Krılya Sovetov"un formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest