"Ayaks"ın müdafiəçisi Matteys de Liqtin "Barselona"ya transferi reallaşmaq üzrədi. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Kataloniya klubunun prezidenti Xosep Bartomeu bu məsələ ilə şəxsən maraqlanır.

20 yaşlı mərkəz müdafiəçisini komandada görmək istəyən Bartomeu və köməkçisi Oskar Qrau "Ayaks" rəhbərliyi ilə görüşüb. Danışıq zamanı tərəflər maliyyə məsələsində ortaq məxrəcə gəlib. "Barsa" Hollandiya millisinin üzvünün özü ilə də razılıq əldə etsə, amsterdamlılar bu keçidə problem yaratmayacağına dair söz verib. İspanlar çempionlar Liqasının 1/4 final mərhələsinin startına qədər de Liqtin keçidini həll etmək niyyətindədilər.

Qeyd edək ki, "Ayaks"ın yarımmüdafiəçisi Frenki de Yonq da mövsümün sonunda "Barselona"ya üz tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest