Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya ilə keçirdiyi səfər oyununda Emin Mahmudovun geyindiyi forma müzakirə obyektinə çevrilib. Matc.az xəbər verir ki, AFFA məlum məsələ ilə bağlı mövqeyini artıq ortaya qoyub.

Belə ki, Zaqrebdəki görüşün 72-ci dəqiqəsində meydana daxil olan "Neftçi"nin yarımmüdafiəçisinin formasında hərf səhfi gedib və soyadı "Makhmudiv" kimi yazılıb. AFFA rəhbərliyi qeyd olunan texniki yanlışlıqla bağlı məsul şəxslərə ciddi xəbərdarlıq edib.

Qeyd edək ki, Xorvatiya - Azərbaycan oyunu birincilərin 2:1 hesablı qələbəsi ilə nəticələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest