"Mançester Yunayted"in hücumçusu Markus Reşford "Barselona"nın transfer gündəmindədi. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Kataloniya klubu gənc forvardın klubu ilə danışıqlarının yekununu gözləyir.

çünki Reşford hələ də MY ilə yeni müqaviləyə razılıq verməyib. "Barsa" onun transferi üçün 100 milyon funt-sterlinqindən keçməyə də hazırdı. Ancaq 22 yaşlı oyunçu "qırmızı şeytanlar"ı İspaniya nəhənginə dəyişmək fikrində deyil.

Qeyd edək ki, Markus Reşfordun "Mançester Yunayted"lə müqavilə müddəti gələn ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest