"çelsi"nin yarımmüdafiəçisi Kallum Hadson-Odoi bir neçə klubun maraq dairəsinə düşüb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 19 yaşlı oyunçunun çıxışı diqqətdən kənarda qalmayıb.

Lakin "zadəganlar" da gənc istedadını itirmək fikrindən uzaqdı. Artıq İngiltərə millisinə də çağırılan Hadson-Odoinin londonlularla müqavilə müddəti 2020-ci ilin yayına qədərdi. Ancaq onu qəti şəkildə satmaq istəməyən rəhbərlik futbolçuya yeni uzunmüddətli müqavilə təklif edəcək.

Qeyd edək ki, Kallum Hadson-Odoini heyətinə cəlb etmək istəyən klublar arasında "Bavariya" bir addım öndə göstərilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest