Romelu Lukaku özü haqqında iddialı açıqlamalar verib. Matc.az saytının məlumatına görə, "Mançester Yunayted"in forvardı özünü Belçika futbol tarixinin ən yaxşı hücumçusu hesab etdiyini deyib.

Yerli "Otro" nəşrinə danışan bombardir fikirlərini belə izah edib: "İnsanlar hərdən soruşurlar ki, özümü Belçika futbol tarixinin ən yaxşı 3 hücumçusundan biri hesab edirəmmi? Bəli, bəli, yenə də bəli. Hətta deyərdim ki, ən yaxşı mənəm. Digərlərindən kilometrələrcə qabaqdayam".

Qeyd edək ki, yığma komandada 17 yaşında debüt edən Lukaku milli forma ilə meydana çıxdığı 79 oyunda 45 dəfə fərqlənib. 25 yaşlı hücumçuilk qolunu 18 yaşında Rusiya millisinə vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest