Avropa çempionatının əsas mərhələsində çıxış edən 19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığma komandası bu gün ikinci qarşılaşmasına çıxıb. Matc.az saytının məlumatına görə, Sloveniyadakı Podçetrtek İdman Sarayında keçirilən mərhələnin ikinci oyunundakı rəqibimiz Hollandiya yığması olub.

İlk görüşdə Kiprə 1:7 hesabı ilə yenilən Ağatahir Əzimzadənin yetirmələri bu dəfə də uğursuzluq yaşayıb. Bu dəfə komandamız qapısından 6 top buraxıb - 1:6. Bununla da millimiz final mərhələsində yüksəlmək şansını itirib. U-19 turnirdə son oyununu martın 30-da, saat 21:00-da Sloveniya yığmasına qarşı keçirəcək.

Qeyd edək ki, Hollandiya ilk oyununda Sloveniyaya qalib gəlmişdi – 5:4.

 

Avropa çempionatının əsas mərhələsi
II qrup, II tur

Hollandiya – Azərbaycan - 6:1
Kevin Van Londen, (05:21); (10:16); Faikal Amheye, (21:03); Mohamed Saber Ben Khalou, (23:36); Nabil Azzanagui, (30:25); Fabian Hendriks, (39:40) - Kənan Əsədli, (22:10)

Podçetrtek İdman Sarayı, Sloveniya. Hakimlər: Damian Jaruchievicz (Polşa), Marko Rothenfluh (İsveçrə), Yuri Neverov (Rusiya)
Hollandiya: 1. Youssef Ben Salem (q), 3. Fabian Hendriks, 6. Sabri Haruna Kabamba, 10. Mohamed Saber Ben Khalou, 11. Faikal Amheye
Ehtiyat oyunçular: 12. Tom Sterkenburg (q), 2. Adnane El Terrahi, 4. Tim Taylor, 5. Kevin Van Londen, 7. Kolin Kamp (k), 8. Nabil Azzanagui, 9. Hamza Benali
Baş məşqçi: Hjalmar Hoekema
Azərbaycan: 1. Vladislav Reznov (q), 2. İqbal Pənahov (k), 3. Tofiq Hüseynov, 7. Nurlan Mehdizadə, 10. Kənan Əsədli
Ehtiyat oyunçular: 12. Niyaz Əhmədov (q), 4. Turan Əhmədov, 5. Rauf Rüstəmov, 6. Sabir Həsənov, 8. Hüseyn Qarayev, 9. Rafael Mütəllimov, 17. Nicat Quluzadə
Baş məşqçi: Ağatahir Əzimov

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest