"Barselona"nın 4 futbolçusu karyerasını "Ayaks"da davam etdirə bilər. Matc.az saytının Kataloniya mətbuatına istinadən məlumatına görə, bunun Matteys de Liqtin transferi zamanı reallaşması gözlənilir.

Belə ki, gənc müdafiəçini heyətinə qatmağa çalışan ispanlar pulla yanaşı, müdafiəçi Xuan Miranda və yarımmüdafiəçilər Oriol Busketslə Riki Puiqi qarşı tərəfə icarəyə verməyi təklif edib. Həmçinin "Barsa" yanvarda "Tuluza"dan aldığı mərkəz müdafiəçisi Jan-Kler Todibonu da Hollandiya klubuna transfer vərəqəsi ilə birlikdə verməyə hazırdı.

Klublar arasındakı sıx münasibət bu keçidlərin reallaşmaq ehtimalını artırır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest