"Liverpul"un müdafiəçisi Deyan Lovren karyerasını İtaliyada davam etdirə bilər. Matc.az saytının "Mirror" nəşrinə istinadən məlumatına görə, 29 yaşlı futbolçu A seriyasının 3 klubunun maraq dairəsindədi.

Azərbaycan millisinin AVRO-2020-dəki rəqiblərindən olan Xorvatiya yığmasının şərəfini qoruyan Lovren uğrunda "Milan", "Roma" və "Napoli" mübarizəyə girişib. "Rossonyerlər" bu yarışda bir addım öndə göstərilir. çünki rəhbərlik Lovreni birbaşa əsas heyət üçün almaq istəyir.

"Roma" və "Napoli" isə ona müvafiq olaraq Kostas Manolasla Xalidu Kulibaliyə alternativ gözü ilə baxırlar. Belə ki, bu klublar adıçəkilən oyunçuları satılacağı təqdirdə, Lovrenlə danışığa başlayacaq. İngiltərə klubunda əsas heyətdəki yerini itirən müdafiəçi özü də klubunu dəyişməyin əleyhinə deyil.

Qeyd edək ki, 2014-cü ildən "Liverpul"un şərəfini qoruyan Deyan Lovrenin müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest