"Monako"nun yarımmüdafiəçisi Sesk Fabreqas keçmiş komanda yoldaşlarından ibarət simvolik "11-lik" seçib. Matc.az saytı xəbər verir ki, İspaniya millisinin üzvü "Barselona"da çiyin-çiyinə çıxış etdiyi Xavi Ernandesin adını heyətə salmayıb.
O, bunu karyerası ərzində 1000-dən çox futbolçu ilə birlikdə oynaması ilə əlaqələndirib.
Fabreqasın simvolik "11-liy"i
Qapıçı: İker Kasilyas (İspaniya)
Müdafiəçilər: Dani Alveş ("Barselona"), Con Terri ("çelsi"), Jerar Pike ("Barselona" / İspaniya), Xordi Alba ("Barselona" / İspaniya)
Yarımmüdafiəçilər: Lionel Messi ("Barselona"), Patrik Vieyra ("Arsenal"), Andres İnyesta ("Barselona" / İspaniya), Eden Azar ("çelsi")
Hücumçular: Dieqo Kosta ("çelsi" / İspaniya), Tyerri Anri ("Arsenal").