"Marsel"in baş məşqçisi Rudi Qarsiya AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində bir neçə oyunu izləyib. Qarsiyanın izlədiyi qarşılaşmalar arasında Xorvatiya - Azərbaycan oyunu da olub.

"Marsel"in baş məşqçisi Rudi Qarsiya AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində bir neçə oyunu izləyib. Matc.az saytının Fransa mətbuatına istinadən məlumatına görə, bunu 55 yaşlı mütəxəssis özü deyib.

O bildirib ki, öz ölkəsinin millisinə dəvət alan "Marsel"in oyunçularının çıxışını diqqətdə saxlayıb. Qarsiyanın izlədiyi qarşılaşmalar arasında Xorvatiya - Azərbaycan oyunu da olub. Belə ki, fransalı çalışdırıcı həmin görüşdə futbolçusu Due çaleta-çarın hansı durumda olmasına nəzər yetirib: "Due Xorvatiyanın Azərbaycanla ilk oyununda iştirak etdi. çünki Deyan Lovren cəzalı idi. Fikrimcə, heç də pis təsir bağışlamadı. Məni ən çox narahat edən isə futbolçularımın az oynamalarıdı".

Qeyd edək ki, Xorvatiyanın Zaqrebdə millimiz üzərində 2:1 hesablı qələbə qazandığı görüşdə mərkəz müdafiəçisi Due çaleta-çar 90 dəqiqə meydanda olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest