Almaniyada 2018-ci ilin ən yaxşı baş məşqçisi açıqlanıb. Matc.az xəbər verir ki, bu barədə Almaniya Futbol İttifaqı məlumat yayıb.

Qurum "Verder"in çalışdırıcısı Florian Koxfeldtə üstünlük verib. 2017-ci ildə Bremen klubunun "sükanı arxası"na keçən Koxfeldt buna görə məşqçi korpusundakı köməkçilərinə minnətdarlığını bildirib.

Qeyd edək ki, "Verder" hazırda Bundesliqada 8-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest