Xorvatiya yığmasının daha bir futbolçusu zədələnib. Hücumçu Andrey Kramariç sıradan çıxıb. AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan (2:1) və Macarıstanla (1:2) oyunları əvəz edilmədən keçirən 28 yaşlı forvard klubu "Hoffenhaym"a zədəli qayıdıb.

Xorvatiya yığmasının daha bir futbolçusu zədələnib. Matc.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, hücumçu Andrey Kramariç sıradan çıxıb.

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan (2:1) və Macarıstanla (1:2) oyunları əvəz edilmədən keçirən və hətta millimizlə qarşılaşmada qələbə qoluna imza atan 28 yaşlı forvard klubu "Hoffenhaym"a zədəli qayıdıb. Bu barədə məlumatı Bundesliqa təmsilçisinin baş məşqçisi Yulian Naqelsmann verib. Gənc çalışdırıcı bildirib ki, Kramariçin dizində ağrıları var və o, növbəti turu buraxa bilər.

Qeyd edək ki, "Hoffenhaym" XXVII tur çərçivəsində bu gün "Bayer"i qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest