"Real"ın maraq dairəsində olan daha 2 futbolçunun adına aydınlıq gəlib. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, ispanlar yarımmüdafiəçi Miralem Pyaniç və hücumçu Luka Yoviçi heyətinə cəlb etmək niyyətindədi.

Hər iki futbolçunun keçidi real görünür. Hətta onların menecerliyini edən Fali Ramadani "kral klubu"nun bazasına girərkən kameralara yaxalanıb. O, "Real" rəhbərliyi ilə görüşərək, futbolçuların mümkün transferini müzakirə edib.

Qeyd edək ki, Miralem Pyaniç "Yuventus"un, Luka Yoviç isə "Ayntraxt"ın şərəfini qoruyur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest