"Yığmanın hər iki oyununda start heyətində meydana çıxdım. Bu isə məni çox sevindirdi". Matç.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov deyib.

Millətlər Liqasında Farer adaları (3:0) və Malta (1:1) ilə qarşılaşmada yığmamızın formasını geyinmiş Nazarov artıq klubu "Aue"nin düşərgəsinə qoşulub.

O, Almaniya mətbuatına açıqlamasında yenidən iş başında olmaqdan məmnunluq duyduğunu söyləyib: "Farer adaları ilə qarşılaşmada qol vurmaq mənə əlavə stimul verdi. İnanıram ki, bu amil klubumdakı çıxışıma müsbət mənada təsir göstərəcək və yenidən yüksəlişə keçəcəm".

Orta sahə oyunçusu son vaxtlar Bundesliqa II klubunda əsas heyətə düşə bilməməsinə də münasibət bildirib: "Təbii ki, bundan heç kim razılıq bildirməz. Meydanda istənilən mövqedə oynamağa hazıram. Yetər ki, əsas heyətdə yer alım. Hamı bilir ki, klubda az çıxış etməyimdən narazıyam. Sonuncu dəfə nə zaman 90 dəqiqə meydanda qaldığım yadıma gəlmir".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest