Rusiya Premyer Liqasında XXI tura start verilib. Matc.az saytının məlumatına görə, açlış oyununda Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi "Krılya Sovetov" doğma azarkeşləri önündə çıxış edib.

Samara təmsilçisi avrokuboklara iddia edən "Arsenal"ı qəbul edib. Qarşılaşmanın nəticəsini 1 qol həll edib. Belə ki, Luka Corceviçin 66-cı dəqiqədə vurduğu yeganə top "Arsenal"a səfər qələbəsi qazandırıb.

Görüşə ehtiyatdan başlayan Şeydayev 73-cü dəqiqədə Sergey Kornilenkonu əvəzləyib. Lakin 17 dəqiqə ərzində o da komandasını məğlubiyyətdən xilas edə bilməyib. Azərbaycan əsilli futbolçu Aleksandr Səmədov isə 90 dəqiqə meydanda olub və sonlara yaxın sarı vərəqə alıb.

Bu məğlubiyyətdən sonra "Krılya Sovetov" aktivindəki 24 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest